Somalidə məşhur futbolçunu partlatdılar
22 fevral 2011 11:25 (UTC +04:00)

Somalidə məşhur futbolçunu partlatdılar

Lent.az-ın məlumatına görə, daha iki oyunçu yaralanıb.

Şahidlər bildiriblər ki, futbolçuların səhərlər məşq etdiyi Somali Polis Akademiyasına aparan şossedə iki partlayış törədilib. Futbolçular şosse ilə hərəkət etdikləri vaxt terrorçu-kamikadzelər özlərini partladıblar.

Daha öncə Somalidəki islamçı “Əl-Şabaab” qruplaşmasının futbola qadağa qoyduğu açıqlanmışdı. Qruplaşma qadağanı bu oyunun xristian mədəniyyətindən gəlməsi və gəncləri pozması ilə əlaqələndirib. Bu olayadək 2010-cu il dünya çempionatı vaxtı ölkədə futbol azarkeşləri öldürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 476

Oxşar yazılar