“Bakı”nın futbolçusu: “Çox üzgünəm” - MÜSAHİBƏ
22 fevral 2011 09:10 (UTC +04:00)

“Bakı”nın futbolçusu: “Çox üzgünəm” - MÜSAHİBƏ

Lent.az həmin müsahibəni təqdim edir.

- Ötən həftə “Turan”la matçda zədələndiniz. Sizi yenidən nə vaxt meydanda görəcəyik?

- Son zamanlar zədələr məni rahat buraxmır. Növbəti turda AZAL-a qarşı oynamaq istəsəm də, təəssüf ki, bu, alınmayacaq. Çox üzgünəm. İki həftəyə məşqlərə başlayacağam. İnanıram ki, komanda ilk “altılığa” vəsiqə qazanacaq və mən çıxışımı bu mərhələdə davam etdirəcəyəm.

- “Turan”la oyun haqda təəssüratlarınız necədir?

- Bu oyunda qələbə çox lazım idi. Bilirsiniz ki, qalib gəlməsəydik, altılıq şanslarımızı itirə bilərdik. “Turan”la oyun çox çətin keçdi. Meydançanın pis vəziyyətdə olması oyunumuza mənfi təsir etsə də, istəyimizə çatdıq. Bu oyunda özümü yaxşı tərəfdən göstərib, ilk “11-lik”də öz yerimi almaq istərdim. Amma, təəssüf ki, zədə buna mane oldu.

- “Bakı”nı bu həftə AZAL-a qarşı oyun gözləyir. Bu oyun barədə nə düşünürsünüz?

- “Bakı”nın “Altılıq”da oynamaq şansı böyükdür. Bunun üçün AZAL-la oyunda meydanda döyüşərək qələbə qazanmalıyıq. “Altılığa” vəsiqə qazanmaq öz əlimizdədir, bu şansı qaçırmarıq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 561

Oxşar yazılar