Penitensiar Xidmətin “Ədliyyə” futbol klubu fəaliyyətini dayandırıb
21 fevral 2011 14:54 (UTC +04:00)

Penitensiar Xidmətin “Ədliyyə” futbol klubu fəaliyyətini dayandırıb

Lent.az-ın məlumatına görə, klubun məxsus olduğu Penitensiar Xidmətdə rəhbər dəyişikliyindən sonra bu qərar qəbul olunub.


Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Lent.az-a açıqlamasında xəbəri təsdiqləyib. Onun sözlərinə görə, komanda texniki və təşkilati problemlər səbəbindən fəaliyyətini dayandırıb: “Komandada texniki və təşkilati problemlər mövcuddur. Bu səbəbdən də klubun fəaliyyəti dayandırılıb”.


M.Sadıqov həmçinin bildirib ki, klubun fəaliyyətinin nə vaxtdan davam etdirəcəyi barəsində məlumatı yoxdur.


Qeyd edək ki, “Ədliyyə” klubu birinci dəstədə şənbə günü “Karvan”la keçirilməli olan oyuna çıxmayıb.


Xatırladaq ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində rəhbər dəyişikliyi bir həftə öncə reallaşıb.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 753

Oxşar yazılar