Ronaldo “pampers”lə futbol oynayıb
21 fevral 2011 11:52 (UTC +04:00)

Ronaldo “pampers”lə futbol oynayıb

Lent.az-ın məlumatına görə, belə şok iddia ilə Braziliya millisinin sabiq baş məşqçisi Vanderley Luşemburqu çıxış edib.

Luşemburqu bildirib ki, Ronaldo 1999-cu ildə keçirilmiş Cənubi Amerika Kubokunda arıqlamaq üçün sidik gətirici “Xenical” dərmanı atıb. Ona görə də ulduz futbolçu bəzi matçlara alt bezi ilə çıxıb. Amma bu hücumçunun Braziliya millisinin aparıcı üzvünə çevirməsinə, komandanın isə 6-cı dəfə bu kuboku qazanmasına mane olmayıb.

Qeyd edək ki, İngiltərə milli komandasının sabiq hücumçusu Qari Lineker də 1990-cı il dünya çempionatında alt bezi geyindiyini etiraf edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 882

Oxşar yazılar