Çempionlar Liqası: Top “sehrbazlarının” London “döyüşü”
16 fevral 2011 18:59 (UTC +04:00)

Çempionlar Liqası: Top “sehrbazlarının” London “döyüşü”

Lent.az-ın məlumatına görə, gecənin ən maraqlı görüşü Londonda olacaq. Yerli “Arsenal” İspaniyanın “Barselona” klubunu qəbul edəcək.

Kataloniya təmsilçisi İngiltərəyə getməzdən əvvəl ölkə çempionatında “Sportinq”lə qüvvəsini sınayıb və qalib gələ bilməyib. Xixon səfərində heç-heçə edən “Barselona”nın həm də 16 oyunluq qələbə seriyası da bitib. Bununla belə, qonaq komanda “topçular”la qarşılaşmada qələbə üçün meydana çıxacaq.

“Arsenal”a gəlincə, Arsen Vengerin komandasında əhval-ruhiyyə yüksək səviyyədədir. Komandada zədəli futbolçular olsa da Robin van Persinin sağalması və sıraya dönməsi vəziyyəti xeyli düzəldib.

Onu da qeyd edək ki, hər iki komanda texniki futbola və hücuma meydanın mərkəzindən keçməyə üstünlük verir. Bu səbəbdən də qarşılaşmaya maraq daha böyükdür.

Gecənin digər oyunu isə İtaliya paytaxtında keçiriləcək. “Roma” – “Şaxtyor” matçında ev sahiblərinin şansı daha çox qiymətləndirilsə də, Ukrayna təmsilçisindən istənilən sürprizi də gözləmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 673

Oxşar yazılar