“Azərbaycan yığmasına kömək etməyə gücüm var” – MÜSAHİBƏ
Lent.az Unibank Premyer Liqasının XX turunda “Simurq”la görüşdən sonra götürülən müsahibəni təqdim edir:
- “Simurq”la matç “İnter” üçün pis alınmadı. Bununla belə, oyunu asan da adlandırmaq olmaz. Rəqib bacardığı qədər mübarizə apardı...
- Biz Türkiyədə keçirdiyimiz təlim məşq toplanışını fevralın 10-da başa vurduq və “Simurq”la qarşılaşmaya hazırlaşmaq üçün ixtiyarımızda cəmi iki gün var idi. Buna görə də, hərəkətlərimizə bir qədər yorğunluq təsir edirdi. Həm də təbii ot örtüyündən süni ot örtüyünə keçmək çətindir. Komanda bunu bu ayda bir neçə dəfə edib: Sankt-Peterburqda biz süni ot örtüklü meydançada oynadıq, sonra Antalyada təbii örtüklü meydana çıxdıq, indi isə yenidən süni meydançaya qayıtdıq. Digər tərəfdən, “Simurq” bizimlə matça xüsusi əhval-ruhiyyədə çıxır. Deyərdim ki, onlar üçün “İnter”lə oyunlar-mövsümdə ən vacib qarşılaşmalardır. Biz anlayırdıq ki, çətin olacaq, lakin ən əsası, qalib gəlmək idi və biz də meydandan qalib ayrıldıq.
- Oyunda bir neçə gün şəhərə hakim kəsilmiş güclü küləyə qarşı oynamaq da çətin idi...
- Bəli, külək oyunumuza təsir göstərdi. Top qəbul etmək, uzun ötürmələr vermək və qapıya zərbə endirmək çətin idi. Külək bizə oynamağa çox mane oldu.
- Oyunun sonunda vəziyyət gərginləşdi, az qala aqressiyaya dönəcək sərtlik əlavə olundu...
- Yox, aqressiya yox idi, axı, biz “Simurq”un futbolçuları ilə yaxşı tanışıq. Sadəcə, futbolda belə şeylər tez-tez olur, ona görə ki, heç kim güzəştə getmək istəmir. Lakin sərtlik aqressiyaya keçməməlidir.
- Siz artıq tez-tez əsas heyətdə görünürsünüz. Özünüzü əsas heyətin futbolçusu hiss edirsiniz?
- Mən həmişə deyirəm: “İnter” elə komandadır ki, burada hər bir futbolçuya özünü göstərməyə şans verilir. Baş məşqçi Kaxaber Tsxadadzeyə minnətdaram ki, mənə inanır və meydançaya buraxır. Öz növbəmdə, bu etimadı doğrultmaq üçün əlimdən gələni etməyə çalışıram.
- Bu turda yüksək yerlər uğrunda mübarizə aparan komandaların çoxu xallar itirdi ki, bu da “İnter”ə 3-cü yerə çıxmağa və “Neftçi” və “Xəzər-Lənkəran”a yaxınlaşmağa imkan verdi...
- Bəli, bu qələbə bizə çox şey verdi. “Simurq”a qalib gəlməklə biz “6-lıq”da mövqeyimizi hissediləcək dərəcədə gücləndirdik və 3-cü yerə çıxdıq. “İnter” yalnız çempionluğa oynayan komandadır və əgər biz öz oyunumuzu göstərsək və xal toplasaq, o zaman mütləq məqsədimizə çatacağıq.
- Bəs milli komanda barədə nə deyə bilərsiniz? Millinin heyətinə düşməyə ümid edirsiniz?
- İstənilən Azərbaycan futbolçusu kimi, mən də nə vaxtsa milli komandanın formasını geyinəcəyimə ümid edirəm. Onu da deməliyəm ki, milliyə çağırmırlarsa, demək buna lüzum görmürlər. Ola bilər ki, mənim oyunum komandanın baş məşqçisində təəssürat oyatmır. Dəvət edərlərsə, bu təklifi böyük məmnuniyyətlə qəbul edərəm və özümü yaxşı tərəfdən göstərməyə çalışaram.
- Milli komandaya kömək etməyə özünüzdə güc hiss edirsiniz?
- Əlbəttə. Mən digər azərbaycanlı futbolçular kimi, ölkənin əsas komandasına kömək etməyə özümdə güc hiss edirəm. Mən hazıram.

561