“Bakı” klubu 2 futbolçu ilə müqavilə bağlayır
10 fevral 2011 16:41 (UTC +04:00)

“Bakı” klubu 2 futbolçu ilə müqavilə bağlayır

Bu haqda Lent.az-a klubun vitse-prezidenti Zeynal Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bolqarıstanlı müdafiəçi və ukraynalı hücumçu ilə bir illik müqavilə bağlanılacaq. Lakin onların komandada qalıb-qalmayacağı məsələsinə mövsümün sonunda baxılacaq: “6 aylıq transfer müqaviləsi olmadığı üçün onlarla bir illik anlaşacağıq. Amma özlərinə də demişik ki, cari mövsümün sonunda müqavilənizə baxılacaq. Oyununuz baş məşqçimizi qane etsə, “Bakı”da daha 6 ay qalacaqsınız”.

“Bakı”nın baş məşqçisi Aleksandr Starkov isə artıq Bakıdadır. O, Latviya yığmasını fevralın 9-da Boliviya ilə yoldaşlıq matçına çıxarıb. Türkiyənin Antalya şəhərində keçirilmiş görüş Baltikyanı ölkənin qələbəsi ilə nəticələnib – 2:1. Zeynal Məmmədov bildirib ki, Starkov nə Latviya millisinin futbolçuları, nə də tanıdığı digər oyunçularla müqavilə bağlanılması təklifini irəli sürüb. Klub rəsmisi Todorovla Leviqadan əlavə heç bir futbolçu transfer etməyəcəklərini vurğulayıb.

Qeyd edək ki, Radomir Todorovun sonuncu klubu “Xəzər Lənkəran”, Ruslan Leviqanınki isə Qazaxıstan “Tobol”u olub.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564

Oxşar yazılar