Emil Mpenza 6 həftə oynamayacaq
09 fevral 2011 11:34 (UTC +04:00)

Emil Mpenza 6 həftə oynamayacaq

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, əməliyyatı aparan həkim Mpenzanın tezliklə fərdi məşqlərə başlayacağını açıqlayıb.

Onun fikrincə, təcrübəli hücumçu 6 həftəyə yaşıl meydanlara dönəcək.

Mpenzanın özü isə bunları deyib: “Artıq zədə ilə bağlı problemi əməliyyat olunaraq arxada qoymuşam. Cərrahiyyə əməliyyatı uğurla başa çatdı. Həkimlərin rəyinə görə, 6 həftəyə yaşıl meydanlara dönəcəyəm. Mənim əsas təəssüfləndiyim məqam bu müddətdə “Neftçi”yə kömək edə bilməməyimdir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 691

Oxşar yazılar