Berti Foqts: “Onlar qərarları tez qəbul etməyi öyrənməlidirlər”
08 fevral 2011 15:34 (UTC +04:00)

Berti Foqts: “Onlar qərarları tez qəbul etməyi öyrənməlidirlər”

Lent.az-ın məlumatına görə, Foqts əvvəlcə yanvarın 27-dən başlanan təlim-məşq toplanışı üçün komandamıza yüksək səviyyədə şəraitin yaradıldığını bildirib.

Hazırlığa gəlincə, baş məşqçi futbolçuların ləng qərar verməsindən şikayətlənib: “Oyunçular başa düşməlidirlər ki, onlar ölkə çempionatına yox, beynəlxalq oyunlara hazırlaşırlar. Meydanda topu ələ keçirən zaman tez qərar qəbul etmək lazımdır. Ancaq onların çox fikirləşməsi vaxt itkisinə səbəb olur. Nəticədə müdafiədən hücuma gec keçməyimiz məndə narazılıq yaradır”.

Foqtsun fikrincə, millimizin iki aydır hazırlıq keçmədiyi hiss olunur. Lakin yığmamızın baş məşqçisi bildirib ki, buna görə klubların Türkiyənin Antalya şəhərindəki hazırlığının pis keçdiyini demək olmaz: “Hər şey futbolçuların özlərindən asılıdır. Onlar qərarları tez qəbul etməyi öyrənməlidirlər”.

Daha sonra 65 yaşlı mütəxəssis yığmamızın fevralın 9-da Macarıstan millisi ilə keçirəcəyi yoldaşlıq görüşü barədə danışıb. O bildirib ki, 10-12 günlük toplanışla Macarıstan yığmasına böyük hesabla qalib gələcəyimizi gözləmək düzgün olmaz: “Rəqibin heyətindəki futbolçuların böyük əksəriyyəti Avropada oynayırlar. Onlar İtaliya, İngiltərə, Almaniya kimi güclü çempionatlarda çıxış edirlər. Bəs azərbaycanlı futbolçular belə liqalarda oynayırlarmı? 10-12 günlük toplanışla Macarıstan yığmasına böyük hesabla qalib gələcəyimizi gözləmək düzgün olmaz”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486

Oxşar yazılar

Rusiya klubları yay transferlərinə  76 milyon dollar xərcləyib

Rusiya klubları yay transferlərinə 76 milyon dollar xərcləyib

3 sentyabr 2024 , 15:44
“Real”da ciddi itki

“Real”da ciddi itki

3 sentyabr 2024 , 11:06
Devid Bekhemin oğlu futbolla vidalaşdı

Devid Bekhemin oğlu futbolla vidalaşdı

3 sentyabr 2024 , 10:27
Güləşçimiz dünya çempionatında finala çıxır

Güləşçimiz dünya çempionatında finala çıxır

3 sentyabr 2024 , 09:48
“Qalatasaray” “Napoli” ilə anlaşdı: Osimhen İstanbula gəlir

“Qalatasaray” “Napoli” ilə anlaşdı: Osimhen İstanbula gəlir

3 sentyabr 2024 , 07:29
"Qalatasaray"ın keçmiş oyunçusu  “Əl-Nəsr”dən getdi

"Qalatasaray"ın keçmiş oyunçusu “Əl-Nəsr”dən getdi

2 sentyabr 2024 , 18:06
Tomas Müller tarix yazıb

Tomas Müller tarix yazıb

2 sentyabr 2024 , 13:03
Mbappe  “Real”a qələbə qazandırdı

Mbappe “Real”a qələbə qazandırdı

2 sentyabr 2024 , 10:27