“Hər bir futbolçunu incələmişik” - MÜSAHİBƏ
08 fevral 2011 11:43 (UTC +04:00)

“Hər bir futbolçunu incələmişik” - MÜSAHİBƏ

- Yeni ildə “Bakı”da baş məşqçi dəyişikliyi baş verdi. Antalyada keçirilən toplanışı komanda üçün uyğunlaşma baxımından ilk sınaq adlandırmaq olarmı?

- Antalyada əsas diqqətimiz fiziki gücün artırılması və müxtəlif təmrinlər üzərində qurulmuşdu. Futbolçuların fərdi ustalıq və fiziki keyfiyyətlərinin təkmilləşdirilməsi ilə bağlı bir sıra irəliləyişlər əldə etdik. Təlim-məşq toplantısını uğurlu adlandırmaq olar.

Futbolçuların fiziki durumundan razısınızmı?

- Hər bir futbolçunu istər taktiki, istər fiziki planda incələmişik. Antalyada beş yoldaşlıq oyunu keçirdik. Futbolçuların hamısına oynamaq imkanı verdik. Bu oyunların 3-də qələbə qazandıq, ikisini isə heç-heçə ilə başa vurduq. Əslində nəticənin bizim üçün əhəmiyyəti yox idi. Önəmli olan kollektivin hər bir üzvünün hazırlığına qiymət vermək idi. Fiziki cəhətdən komandanı Premyer Liqaya hazır hesab edirəm.

- Komandanın oyununda taktiki cəhətdən hansı yeniliklər var?

- Əsas diqqət kollektiv hücuma ayrılır. İstəyimiz hər bir futbolçuya hücumda və ya müdafiə vəziyyətində nə etməli olduğunu, konkret hallarda necə hərəkət etmələrini aşılamaqdan ibarətdir.

- Aleksandr Starkov barədə baş məşqçi koməkçisi kimi hansı fikirdəsiniz?

- Starkov təcrübəli məşqçi və eyni zamanda nizam-intizamı sevən mütəxəssisdir. Onu tanıdığım ilk gündən nizam-intizam və funksional-taktiki hazırlığı əsas tutduğunun şahidiyəm. Starkovun rəhbərliyi ilə "Bakı"nın yaxın illərdə böyük nailiyyətlər əldə edəcəyi qənaitindəyəm.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 761

Oxşar yazılar