Azərbaycanın klubu Rumıniyadan qalib qayıdır
03 fevral 2011 11:29 (UTC +04:00)

Azərbaycanın klubu Rumıniyadan qalib qayıdır

Lent.az-ın məlumatına görə, komandamız Rumıniyanın Bakau şəhərində “Stiinta”nı məğlubiyyətə uğradıb – 3:0.

İlk 2 setdə meydan sahiblərinin müqaviməti ilə üzləşən “İqtisadçı” 25:22 və 25:23 hesablı üstünlük əldə edə bilib. 3-cü setdə isə fərq daha böyük olub – 25:17. Cavab görüşü fevralın 8-də Bakıdakı “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək.

Qeyd edək ki, daha iki təmsilçimiz – “Azərreyl” və “Lokomotiv” də “Çağırış Kuboku”nun 1/8 final mərhələsinə qələbə ilə başlayıb. Onlar ilk görüşlərində müvafiq olaraq, “Ximik” (Ukrayna) və “Apollon” (Kipr) komandalarını darmadağın ediblər – 3:0.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 513

Oxşar yazılar