“Neftçi”dən ikinci transfer
Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, flaqman Türkiyənin “Kartalspor” klubunda ehtiyatda qalan qapıçı Vitali Kovalyovla müqavilə bağlayıb.
“Kartalspor”dan azad transfer hüququ alan təcrübəli qapıçı cari mövsümün sonunadək “ağ-qaralar”ın şərəfini qoruyacaq. Yeni transferlə bağlı “Neftçi”nin rəsmi saytına danışan baş məşqçi Arif Əsədov deyib: “Komandamızın qapıçılarından biri Paulius Qribauskas cərrahiyyə əməliyyatı olunduğundan, yəqin ki, çempionatın qalan hissəsində bizə kömək edə bilməyəcək. Bu səbəbdən, yeni qapıçı almaq zərurəti ortaya çıxmışdı. Kovalyovu transfer edərkən, onun təcrübəsini, eləcə də yerli futbolçu olmasını nəzərə aldıq. Çünki legioner limitinə görə əcnəbi qapıçı almaq heç də məqsədəuyğun deyildi. Onu da deyim ki, Kovalyovla çoxdan maraqlanırdıq. Sadəcə, "Kartalspor" rəhbərliyi onu komandadan buraxmaq istəmirdi. Nəhayət, uzun sürən danışıqlardan sonra Vitalinin özünün də istəyi ilə transfer baş tutdu”.
Vitali Kovalyov da “Nefçi”yə keçdiyi üçün məmnun qaldığını bildirib: “Mənə “Neftçi”dən gələn təklifi məmnuniyyətlə qəbul etdim. Lakin “Kartalspor” tərəfi məni komandadan buraxmırdı. Həm klub prezidenti, həm də baş məşqçi “Kartalspor”da qalmağımı istəyirdi. Yalnız üçüncü cəhddən sonra onların razılığını ala bildim. “Neftçi”də çox gözəl ab-hava var. İndiyədək çempionluq sevinci yaşamamışam. Bura çempion olmaq üçün gəlmişəm”.
Qeyd edək ki, “Neftçi” Vitali Kovalyovdan öncə əlcəzairli yarımmüdafiəçi Yasin Himanı transfer edib.

613