Arif Əsədov: “Onlar kobudluq edirdilər”
Biz texnikalı oyun nümayiş etdirdiyimizdən, onlar məcburiyyət qarşısında qalıb, arxadan futbolçularımıza qarşı kobudluq edirdilər”. Lent.az-ın məlumatına görə, bu fikirləri “Neftçi”nin baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına açıqlamasında deyib.
Əsədov bildirib ki, fevralın 1-də Türkiyənin Antalya şəhərində Bosniya və Herseqovinanın “Çelik Zenitsa” klubu ilə yoxlama matçında 1:0 hesablı qələbə flaqman futbolçularının əhval-ruhiyyələrini daha da yaxşılaşdırıb. “Çelik Zenitsa”nın kobud oynamasına baxmayaraq, “Neftçi”nin futbolçularının sonadək mübarizə apardıqlarını deyən baş məşqçi məhz mübarizə sayəsində qalib gəldiklərini vurğulayıb: “Oyun üslubumuzu qoruyub saxlamağa çalışırdıq. İkinci hissədə Flavinyonun meydana daxil olması ilə təşəbbüsə tam yiyələndik. Qələbə topunu da elə onun ötürməsindən sonra Bahodir Nasimov vurdu”.
“Neftçi”nin ardıcıl 3-cü qələbəsini qazandığına diqqət çəkən gənc mütəxəssisin fikrincə, komandasının qalibiyyətləri sıralaması kollektiv daxilindəki əhval-ruhiyyənin daha da yaxşılaşmasına səbəb olur: “Yenə də gənclərin hamısına oynamaq şansı verdik. Fevralın 3-də təlim-məşq toplanışı çərçivəsində axırıncı yoxlama matçını keçirəcəyik. Bundan sonra Premyer Liqa üçün heyəti müəyyənləşdirəcəyik”.
“Neftçi” ilə oyun bizə çox çətin oldu. Bu görüşün hər iki komandanın hazırlığına böyük xeyri var”. Bu sözləri isə Bosniya və Herseqovinanın “Çelik Zenitsa” klubunun baş məşqçisi Abdulah İbrakoviç "Neftçi" ilə yoxlama matçından sonra deyib. Bosniyalı mütəxəssis məğlubiyyətin səbəbini belə izah edib: “Neftçi”nin Azərbaycan çempionatının lideri olmasını bilirik. Buna görə də onlara yoxlama matçı keçirməyi təklif etmişdik. “Neftçi”nin gücünü gördükdən sonra sparrinq-rəqib seçməkdə yanılmadığımızı başa düşdük. Həqiqətən də “Neftçi” çox yaxşı komandadır”.
Qeyd edək ki, “Neftçi” Antalyadakı ikinci təlim-məşq toplantısı çərçivəsində əvvəlki iki yoxlama matçında Ukrayna “Arsenal”ını 2:1, Avstriya “Şturm”unu isə 2:0 hesabı ilə yenib.

Oxşar yazılar

Lamin Yamal “Barselona” tarixinin ən yaxşı oyunçularından ibarət komanda yaratdı – Sürprizlər var?
13 iyul 2025 , 13:45
Rodriqo 3 ingilis klubuna gələn mövsüm harada oynamaq istədiyini bildirdi
13 iyul 2025 , 10:04
"Fənərbağça" ingilis futbolçunu aldı
12 iyul 2025 , 18:54
Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05