Gürcüstan gömrükçüləri Azərbaycan klubunu böyük məbləğdə cərimələdi
Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Turan” Türkiyənin Antalya şəhərində keçirdiyi təlim-məşq toplantısını başa vuraraq, yanvarın 30-da gecə saatlarında Vətənə dönərkən gömrük postunda 4 saatadək saxlanılıb.
Gürcüstan sərhədçiləri avtobusla bağlı problemin olduğunu bildiriblər. Onlar Batumidə yük yerinə vurulmuş möhürlərdən birinin zədələndiyini söyləyiblər. Çox həssas materialdan ibarət, ən adi şəraitdə belə zədələnə biləcək kağız parçasının çətin hava şəraitində zədələnməməsi qeyri-mümkündür. “Turan” rəsmiləri bunu Gürcüstan gömrükçülərinə izah etməyə çalışsalar da, müsbət nəticə əldə edə bilməyiblər. Əksinə, gömrük əməkdaşları klubu böyük məbləğdə cərimələməkdən çəkinməyiblər.
Üstəlik, onlar “Turan”ın əməkdaşları ilə olduqca sərt və vəzifə həddini aşan formada davranıblar. Gömrükçülər komandanın rəisi İman Həsənov və avtobusun sürücüsü Gündüz Qasımovu həbs etməyə cəhd göstəriblər. Məsələ ilə bağlı qonşu dövlətin aidiyyatlı orqanlarına müraciətlərə baxmayaraq sıralarında 4 gürcü futbolçunun olduğu “Turan” klubuna terrorçu qruplaşma kimi davranmalarına izah tapılmayıb. Yalnız böyük məbləğdə cərimələndikdən sonra komanda gömrük postundan buraxılıb.
“Turan” klubu məsələ ilə bağlı lazımi tədbirlərin görülməsi, düzgün hüquqi qiymətin verilməsi üçün yerində toplanan bütün faktlar əsasında əlindən gələni edəcəyinə söz verib.

Oxşar yazılar

"Fənərbağça" ingilis futbolçunu aldı
12 iyul 2025 , 18:54
Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06