“Xəzər Lənkəran”ın Antalyadakı zəif nəticələrinin səbəbi açıqlandı
Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 20 günədək davam edən toplanış ərzində baxışdan çoxlu sayda oyunçu keçib.
Komanda 6 sınaq oyunu keçirib, onların 4-də məğlub olub, 1-də qalib gəlib, 1-ini isə heç-heçə ilə başa vurub. “Xəzər Lənkəran” Qazaxıstan Superliqa təmsilçisi “Atırau”ya 1:2, Türkiyənin Superliqa təmsilçisi “Kasımpaşa”ya 1:4, Ukrayna Premyer Liqasında oynayan Luqansk “Zarya”sına 1:3 və bu ölkənin I divizion təmsilçisi Odessa “Çernomorets”inə 2:3 hesabı ilə uduzub. “Xəzər Lənkəran” yeganə qələbəni Ukrayna Premyer Liqasının təmsilçisi “Krivbass” üzərində qazanıb - 1:0. “Metallurq” (Zaporojye) ilə qarşılaşma isə 1:1 hesabı ilə yekunlaşıb.
“Antalya toplanışı çərçivəsində keçirdiyi oyunlarda yüksək nəticələr qazana bilməməsi komandamızın demək olar ki, tam yenidən qurulub komplektləşdirilməsi ilə bağlıdır. Sadalanan yoldaşlıq görüşlərində məşqçilərimiz klubda baxışda olan futbolçuların hamısına şans verib onları cürbəcür mövqelərdə sınayıb. Nəticədə heyət gənc və perspektivli futbolçular hesabına gücləndirilib” deyə “Xəzər Lənkəran”ın rəsmi açıqlamasında bildirilir.
Bakıya yalnız klubun yerli heyəti qayıdacaq, legionerlər isə Antalyadan vətənlərinə yollanacaqlar. Baş məşqçi Mirça Rednik də hazırda vətəni Rumıniyadadır. Onun səfərinin məqsədi son transferləri həyata keçirməkdir.
“Xəzər Lənkəran” tam tərkibda fevralın 3-də Bakıda toplaşacaq. Bir gün sonra komanda Lənkərana yollanaraq, fevralın 13-də keçiriləcək “Neftçi” – “Xəzər Lənkəran” qarşılaşmasına hazırlaşacaq.

657