At hərracı: “Velqa”nı 34 min manata aldılar
Onlar cıdır, konkur və poni atları olub. Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyev və fəxri qonaqların da izlədiyi hərracda 15 at müştəri tapıb. Onlardan 2-si poni, qalanları isə cıdır və konkur atları olub.
Ən bahalı at 34000 manata alınıb. Bu, “Velqa” ləqəbli konkur atı olub. Hərrac zamanı ən ucuz at 3000 manatdan təklif olunub. Lakin həmin cıdır atına 3300 manat veriblər.
Atların cinslərinə gəldikdə, bunlar “Qarabağ”, “Ərəb” və hətta 1 baş “Axaltəkə” olub. Hərracda Ağdamdan gətirilən bir at da iştirak edib. Qalan atların sahibləri isə Bakı sakinləri olublar.
ARAF-ın mətbuat katibi Zaur Əliyev Lent.az-a açıqlamasında hərraca gözlədiklərindən də böyük marağın olduğunu bildirib. Hərracda alınan atların hər birinin qiymətinin 6 faizi ARAF-a çatıb. Bu, satıcı, alıcı və federasiya arasında bağlanan üçtərəfli müqavilədə əksini tapıb. Növbəti belə hərrac martda planlaşdırılır.
Elşən MƏMMƏDOV

950