Buzadırmananlar Qusara toplaşıblar - FOTO
Lent. az-ın məlumatına görə, çempionata ölkəmizin buzadırmanan idmançıları ilə yanaşı, Rusiya, Ukrayna və Türkiyədən olan buzadırmananlar da qoşulublar. Bu mürəkkəb idman növünü Qusarda Azərbaycanın Hava və Ekstremal İdman Növləri Federasiyası (HEİNF) Gənclər və İdman Nazirliyi ilə birlikdə təşkil edir. 50 metr hündürlüyündə olan donmuş şəlaləyə dırmaşmaq üçün yarışa Azərbaycandan 40 idmançı olmaqla digər ölkələr ilə birlikdə ümumilikdə 54 idmançı qatılıb. Qusarın ən hündür dağ kəndlərindən olan Ləzənin kəskin hava şəraitinə baxmayaraq, bu gün idmançılar böyük əhval ruhiyyə ilə yarışın seçim mərhələsini başa vurublar. HEİNF-nin vitse prezidenti Sarvan Rəsulov bildirib ki, yaxın gələcəkdə Azərbaycanın şimal bölgəsində istifadəyə veriləcək Ekstremal İdman Növləri üzrə Kompleks bu dağ idmanının ölkəmizdə daha da geniş təşkil olunmasına şərait yaradacaq.
Türkiyəli idmançı Sönməz Erkaya isə bildirib ki, ölkəsində bu idman növü üzrə yarışlar çoxdan təşkil olunsa da, yalnız süni qurğulardan istifadə olunur.
Yarışda HEİNF-nin “Dağ hazırlığı məktəbi”, Respublika Alpinist Turist Klubu, Bakıdan “Ekosport”, “A+A”, “Climb-club”, “Bakı Dövlət Universiteti”, Memarlıq və İnşaat Universitetinin “Edelveys”, “Qərb Universitetinin idman klubu”, Azərbaycan Turizm İnstitutunun “AMEAST”, Qusardan “Salavat”, “Qusar” və “Zirvə”, İsmayıllıdan “Babadağ” klublarının idmançıları iştirak edirlər. 2 turdan ibarət yarışın bugünkü I mərhələsində idmançılar mürəkkəblik üzrə, sabah isə II mərhələdə sürət üzrə özlərini sınayacaq. Eyni zamanda sabah final mərhələsi də olacaq. Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatını ilk dəfə ötən il keçirilib.

769