Mübariz Mənsimov kosmetika biznesinə girişdi
“Palmali” Şirkətlər qrupunun sahibi Mübariz Mənsimov (Qurbanoğlu) kosmetika sektoruna sərmayə qoymağa hazırlaşır. Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, əsasən gəmiçilik sahəsində çalışan Türkiyənin ən varlı 7-ci iş adamı gözlənilmədən kosmetika biznesinə də girişib.
Mənsimov “Pal Kosmetika Məhsulları İdxalat və İxracat” adlı şirkət qurub. O, şirkət üçün 1 milyon yeni türk lirəsi məbləğində vəsait ayırıb. Azərbaycanlı iş adamının şirkətdəki şəriki “Palmali” rəsmilərindən biri Nuray Perkerdir. Perker bununla bağlı heç bir açıqlama vermək istəməyib. Lakin yeni şirkətin ətirlərdən tutmuş günəş kreminədək çoxçeşidli kosmetika məhsullarının satışı ilə məşğul olacaq mağazalar açmaq istədiyi bildirilir.
Qeyd edək ki, “Forbes” jurnalı tərəfindən dünyanın ən varlı şəxsləri siyahısında 647-ci sırada göstərilən Mənsimov gəmiçiliklə yanaşı, inşaat və media sektoruna da sərmayə qoyur.

Oxşar yazılar

FİFA-dan Qvardiolaya ŞOK: cəzalandırılmaq riski var
2 iyul 2025 , 14:49
İspaniya La Liqası: Birinci tur cütlükləri
2 iyul 2025 , 12:49
Yurgen Klopp tarixin ən yaxşı məşqçisinin adını AÇIQLADI
1 iyul 2025 , 19:33
“Liverpul”un hücumçu üçün üç namizədi AÇIQLANDI
1 iyul 2025 , 18:54
İnsanabənzər robotların iştirak etdiyi ilk futbol turniri - VİDEO
1 iyul 2025 , 17:42
Sağalıb, bu axşam oynaya bilər
1 iyul 2025 , 16:28
Xabi Alonso yeni Modriçi tapdı
1 iyul 2025 , 14:39