“Neftçi”nin hücumçusu zədələndi
29 yanvar 2011 13:57 (UTC +04:00)

“Neftçi”nin hücumçusu zədələndi

Lent.az-ın məlumatına görə, bu haqda flaqmanın baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına bildirib. Əsədov təcrübəli hücumçunun dizindəki köhnə zədənin hələ tam sağalmadığını söyləyib: “Komandamızda yalnız Mpenzanın yüngül zədəsi var. Daha doğrusu, onun dizindəki köhnə zədəsi tam sağalmayıb. Fiziki yüklənmə olduqda, ağrılar verir”.


Gənc mütəxəssis digər futbolçuların səhhətinin normal olduğunu vurğulayıb.


Qeyd edək ki, hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısında olan “Neftçi” yanvarın 29-da növbəti yoxlama matçına çıxacaq. Bakı vaxtı ilə saat 20:00-da başlanacaq görüşdə flaqmanın rəqibi Avstriya “Şturm”u olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486

Oxşar yazılar