“Xəzər Lənkəran” Antalyadan məğlubiyyətlə qayıdır
29 yanvar 2011 12:55 (UTC +04:00)

“Xəzər Lənkəran” Antalyadan məğlubiyyətlə qayıdır

Lent.az-ın məlumatına görə, rəqib Ukrayna çempionatının I divizionunda çıxış edən Odessa “Çernomorets”i olub. Görüş “Çernomorets”in qələbəsi ilə yekunlaşıb – 3:2. “Xəzər Lənkəran”ın qollarını baxışda olan Adrian Pits və İbrahima Banqura vurub.


Beləliklə, baş məşqçi Mirça Rednikin komandası Antalya toplanışında keçirdiyi 6-cı yoxlama matçında 4-cü məğlubiyyətlə üzləşib. “Xəzər Lənkəran” əvvəlki oyunlarında Qazaxıstan “Atırau”suna 1:2, Türkiyə “Kasımpaşa”sına 1:4, Ukrayna “Zarya”sına 1:3 hesabı ilə uduzub. Ukraynanın “Metallurq” (Zaporojye) klubu ilə 1:1 hesablı heç-heçə edən “ağ-yaşıllar” yalnız yarımçıq qalan qarşılaşmada “Krivbass”ı yenə bilib – 1:0. Rednik bu oyunlarda 10-dan çox futbolçunu sınaqdan çıxarıb. Lakin onların heç biri ilə rəsmi müqavilə bağlanılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 490

Oxşar yazılar