“Şeffild Yunayted”in futbolçusu “Qarabağ”da
Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, 21 yaşlı Tahar Aymendir. Aymen əslən əlcəzairli olsa da, Britaniya vətəndaşıdır. O, İngiltərədə səviyyəcə ikinci çempionat sayılan “Championship” komandası “Şefild Yunayted”in üzvüdür. Daha çox hücumçuların arxasında oynamaq qabiliyyətinə malik olan gənc futbolçu yüksək texnikaya malikdir. Britaniya vətəndaşı olmasına baxmayaraq, Aymen tarixi vətəninin millisinə üstünlük verib. O, Əlcəzairin 21 yaşlılardan ibarət millisinin şərəfini qoruyur. Gənc və perspektivli yarımmüdafiəçi haqqında qərarı baş məşqçi Qurban Qurbanov yanvarın 30-da keçiriləcək yoxlama oyunundan sonra verəcək.
Qeyd edək ki, “Qarabağ” qış hazırlığı dövründə qapıçı Bojan Pavloviç, hücumameylli yarımmüdafiəçi Nderim Nedzipi və hücumçu İlqar Qurbanovla müqavilə bağlayıb.
Qeyd edək ki, “Qarabağ” qış hazırlığı dövründə qapıçı Bojan Pavloviç, hücumameylli yarımmüdafiəçi Nderim Nedzipi və hücumçu İlqar Qurbanovla müqavilə bağlayıb.
823