Viktor Pasulko Lənkərana qayıda bilər
Lent.az-ın məlumatına görə, bu postu SSRİ yığmasının sabiq futbolçusu, Avropa vitse-çempionu Viktor Pasulko tuta bilər. Qazaxıstan Futbol Federasiyası yeni baş məşqçinin adını gələn həftə açıqlayacaq. Real namizəd qismində 50 yaşlı ukraynalı mütəxəssisin adı daha çox hallanır.
Qeyd edək ki, Viktor Pasulko 2002 – 2005-ci illərdə Moldova millisinə rəhbərlik edib. Sonradan o, Azərbaycanın “Xəzər Lənkəran”, Özbəkistanın “Şurtan” və Qazaxıstanın “Atırau” komandalarında da çalışıb. Qazaxıstanla Azərbaycan yığmaları arasındakı ilk oyun iyunun 3-də Astanada olacaq. Sentyabrın 6-da baş tutacaq təkrar qarşılaşmanın isə Lənkəranda keçirilməsi nəzərdə tutulub.

737