“Qarabağ” daha iki futbolçu transfer etdi - FOTO
25 yanvar 2011 10:50 (UTC +04:00)

“Qarabağ” daha iki futbolçu transfer etdi - FOTO

Lent.az-ın məlumatına görə, Belçika “Lyers”inin hücumameyilli yarımmüdafiəçi Nderim Nedzipi və Serbiya “Srvena Zvezda”sının qapıçısı Bojan Pavloviçlə 1,5 illik anlaşma əldə edilib.

Hər iki futbolçu klubun rəsmi saytına açıqlamalarında Avropa kuboklarının qrup mərhələsinə vəsiqə qazanmağı hədəflədiklərini söyləyib. Nedzipi bildirib ki, “Qarabağ”ın ənənəyə malik klub olduğundan xəbərdardır: “Son 2 ildə “Qarabağ”ın avrokuboklarda uğurlu çıxışından xəbərim var. Necə komandaya gəldiyimi bilirəm. “Qarabağ”la çempionluq yaşamaq, avrokuboklarda uğur qazanmaq üçün gəlmişəm. Əsas hədəfim avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmaqdır. Çox geniş heyətimiz var. Bu bizim xeyrimizədir. Forma üçün əsl mübarizə gedəcək. “Qarabağ”ın Azərbaycanda heç kimdən zəif olmadığını düşünürəm. Azarkeşlərlə ilk görüşü səbirsizliklə gözləyirəm”.

Pavloviç də “Qarabağ”a gəlişimdən məmnunluğunu ifadə edib: “Gördüyüm kimi, “Qarabağ” futbol oynamağı sevən komandadır. “Qarabağ”la uğur qazanıb avrokuboklarda oynamaq istəyirəm. Liderlə aramızda 8 xal fərq var. Bu elə də ciddi fərq deyil. Bilirəm ki, “Qarabağ”ın əsas qapıçısı Fərhad Vəliyev millinin də qapıçısıdır. Sahil Kərimov da təcrübəli qapıçıdır. Ona görə də qapıda kimin durmasından asılı olmayaraq komandanın arxa xəttdə problem yaşayacağını düşünmürəm. “Qarabağ”la uğur qazanmağa gəlmişəm”.

Qeyd edək ki, bundan öncə “Qarabağ” İlqar Qurbanovu heyətinə qatıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1273

Oxşar yazılar