“Australian Open”: Şarapovadan sensasion məğlubiyyət
24 yanvar 2011 18:53 (UTC +04:00)

“Australian Open”: Şarapovadan sensasion məğlubiyyət

Lent.az-ın məlumatına görə, kişilərin yarışında ispaniyalı Rafael Nadal 1/8 finalda xorvatiyalı Marin Çiliçi üstələyib – 6:2, 6:4, 6:3.

Onun növbəti rəqibi həmyerlisi David Ferer olacaq. İsveçli Robin Soderlinq gözlənilmədən ukraynalı Aleksandr Dolqopolova yenilib – 6:1, 3:6, 1:6, 6:4, 2:6. Dolqopolov ¼ finalda böyük britaniyalı Endi Mürreylə üz-üzə gələcək.

İspaniyalı Fernande Verdaskonun çexiyalı Tomas Berdıxa 4:6, 2:6, 3:6 hesablı məğlubiyyətini də gözlənilməz saymaq olar. Berdıx ¼ finalda serbiyalı Nobak Cokoviçlə görüşəcək.

ABŞ tennisçisi Endi Roddik isə isveçrəli Stanislav Vavrinkaya uduzub – 3:6, 4:6, 4:6. Vavrinka ¼ finalda həmyerlisi Roje Federerlə qarşılaşacaq.

Qadınların fərdi mübarizəsində də sensasiya qeydə alınıb. Dünyanın sabiq bir nömrəli tennisçisi, rusiyalı Mariya Şarapova almaniyalı Andrea Petkoviçə yenilib – 2:6, 3:6. Petkoviçin ¼ finaldakı rəqibi çinli Na Li olacaq.

Digər ¼ final görüşlərində danimarkalı Karolina Voznyatski italiyalı Françeska Skyavone ilə, polşalı Aqneşka Radvanska belçikalı Kim Kleysterslə, çexiyalı Petra Kvitova isə rusiyalı Vera Zvonaryova ilə üz-üzə gələcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 524

Oxşar yazılar