“Mən onlara hələ uzun müddət güvənə bilərəm”
Lent.az-ın məlumatına görə, bu qeydləri futbol üzrə Macarıstan yığmasının baş məşqçisi Şandor Eqervari Macarıstan Futbol İttifaqının rəsmi saytındakı bloqunda aparıb.
Onun fikrincə, daha az beynəlxalq təcrübəyə malik futbolçular fevralın 9-da keçiriləcək yoldaşlıq görüşündə böyük şans əldə edə bilərlər: “Qarşıdakı matça dəvət etdiyim oyunçuların əksəriyyəti artıq komandamızın üzvünə çevrildiklərini nümayiş etdiriblər. Mən onlara hələ uzun müddət güvənə bilərəm. Lakin yığmanın qapıları hər kəsin üzünə açıqdır”.
Qeyd edək ki, Şandor Eqervari Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək qarşılaşmaya 21 futbolçu dəvət edib. “Əl-Şabab” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

614