Azərbaycan yığması Almaniyada
Lent.az-ın məlumatına görə, toplanışın yekunları barədə danışan milli komandamızın baş məşqçisi Rudiger Hauffe hazırlıq prosesindən razı qaldığını bildirib. Hauffe deyib: “Təlimlər çox yaxşı keçdi. Hazırlıq baxımından müəyyən irəliləyişə nail olduq. Toplanışı yüksək əhval-ruhiyyədə başa vurduq”.
Hazırlıq prosesi 3 həftəyədək davam edib. Hauffe ilk 2 həftə ərzində qarlı havada xizək sürdüklərini, sonra isə velosiped idmanı, üzgüçülük, qaçış, aerobika, pauerliftinq, fitnes və digər idman növləri ilə məşğul olduqlarını bildirib. Məqsəd isə qarşıdakı məsul yarışlar, xüsusən, 2012-ci il London Yay Olimpiya Oyunları öncəsi fiziki hazırlığı, dözümlülüyü artırmaqdan ibarət olub.
Dağlıq ərazidə və təmiz hava şəraitində hazırlıq prosesi keçdiklərini deyən baş məşqçi komanda ilə Drezden şəhərinə gəzintiyə çıxdıqlarını da bildirib.
Qeyd edək ki, təlim-məşq toplantısında iştirak etmiş 15 akademik avarçəkən arasında ilk dəfə qadınlar da yer alıb. Angelina Angeluns, Alyona Kaporeyko, Viktoriya Çepikova, Natalya Natoka, Natalya Lyalçuk, Aleksandr Aleksandrov, Aleksandr Qlotov, Cavid Əfəndiyev, İqor Xmara, Boris Yotov, Fuad Mirzəyev, Novruz Əliyev, Bayram Əliyev, Qardaşxan Hüseynli, Kamal Xanlarov Rudiger Hauffe və onun köməkçiləri Yuliana Stoyeva, Sergey Prodan və Samir Məmmədovun rəhbərliyi altında hazırlaşıblar.

807