“Australian Open”: Şarapova – Uilyams görüşü baş tutmadı
Lent.az-ın məlumatına görə, buna rusiyalıdan fərqli olaraq, ABŞ tennisçisinin dördüncü mərhələyə yüksələ bilməməsi səbəb olub.
Uilyams almaniyalı Andrea Petkoviçlə qarşılaşmada 0:1 hesabı ilə geridə olduğu vaxt sağ ayağındakı zədə ilə əlaqədar mübarizədən imtina edib. Əvəzində Şarapova digər almaniyalı Yuliya Görgesi yenməyi bacarıb – 6:4, 4:6, 6:4. Növbəti mərhələdə o, Petkoviçlə qarşılaşacaq.
Belçikalı Jüstin Enen isə rusiyalı Svetlana Kuznetsovaya uduzub – 4:6, 6:7 (8:10). Danimarkalı Karolin Voznyaçki slovakiyalı Dominika Tsibulkovanı 6:4, 6:3, italiyalı Françeska Skyavone rumıniyalı Monika Nikuleskunu 6:0, 7:6 (7:2) hesabı ilə yenib.
Kişilərin fərdi yarışında isveçrəli Roje Federer belçikalı Xavyer Malisseni üstələyib – 6:3, 6:3, 6:1. Federerin dördüncü mərhələdə rəqibi ispaniyalı Tommi Robredo olacaq. ABŞ tennisçisi Endi Roddik hollandiyalı Robin Haası çətinliklə məğlub edib – 2:6, 7:6 (7:2), 6:2, 6:2. Roddik növbəti mərhələdə isveçrəli Stanislav Vavrinka ilə üz-üzə gələcək.
Serbiyalı Novak Cokoviç həmyerlisi Viktor Troitski ilə qarşılaşmada rəqibinin ilk setdən sonra mübarizəni dayandırması üzündən mərhələ adlayıb.

Oxşar yazılar

"Liverpul" bu yay tranferlərə 300 milyon xərcləyib
25 iyul 2025 , 17:51
Əfsanəvi italiyalı Ərəb Əmirliklərində baş məşqçi oldu
25 iyul 2025 , 15:45
Futbolçular qəfil yerə uzandı, oyun dayandı - ŞOK SƏBƏB - VİDEO
25 iyul 2025 , 11:36
Müqaviləsi bitməsə də, "Mançester Yunayted"i tərk edir
25 iyul 2025 , 09:39
“Kristal Pelas”ın azarkeşi UEFA-nın mənzil-qərargahına bir çamadan pul gətirdi - SƏBƏB
24 iyul 2025 , 19:07
Neymar oyun zamanı “Santos”un azarkeşi ilə mübahisə etdi: Komanda düşmə zonasındadır
24 iyul 2025 , 18:16
La Liqada icarə transfer dəyərinə görə ən yaxşı 10 oyunçu: Reşford beşincidir
24 iyul 2025 , 16:05