Ruud Qullit “Terek”də
19 yanvar 2011 12:03 (UTC +04:00)

Ruud Qullit “Terek”də

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Çeçenistan Respublikasının və "Terek"in prezidenti Ramzan Kadırov bu posta Ruud Qulliti təsdiqləyib.

Qullitlə hələlik ilyarımlıq müqavilə bağlanılıb. Onun qarşısına Rusiya Premyer Liqasında 30 turdan sonra ilk "8-liy"ə, 2011-2012-ci il mövsümündə isə Avropa kuboklarına düşmək məqsədi qoyulub.

Qeyd edək ki, Ruud Qullit böyük uğurlara daha çox futbolçu karyerası ərzində imza atıb. Qullit 1987-ci ildə "Qızıl top" alıb və "World Soccer" jurnalı tərəfindən ən yaxşı futbolçu sayılıb. O, 1988-ci ildə Hollandiya millisinin tərkibində Avropa çempionu olub, 48 yaşlı mütəxəssis İngiltərənin "Çelsi", "Nyukasl", Hollandiyanın gənclər yığması, "Feyenord" və ABŞ-ın "Los-Anceles Qalaksi" klublarının baş məşqçisi kimi çalışıb.

Ötən mövsüm "Terek"in baş məşqçisi Anatoli Baydaçnı, onun köməkçisi isə azərbaycanlı mütəxəssis Şahin Diniyev olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 621

Oxşar yazılar

"Qalatasaray"ın keçmiş oyunçusu  “Əl-Nəsr”dən getdi

"Qalatasaray"ın keçmiş oyunçusu “Əl-Nəsr”dən getdi

2 sentyabr 2024 , 18:06
Tomas Müller tarix yazıb

Tomas Müller tarix yazıb

2 sentyabr 2024 , 13:03
Mbappe  “Real”a qələbə qazandırdı

Mbappe “Real”a qələbə qazandırdı

2 sentyabr 2024 , 10:27
"Fənərbaxça"nın bu oyunçusu üçün 10 milyon istədi

"Fənərbaxça"nın bu oyunçusu üçün 10 milyon istədi

1 sentyabr 2024 , 18:20
"Kəpəz"in yeni baş məşqçisi  AÇIQLANDI

"Kəpəz"in yeni baş məşqçisi AÇIQLANDI

1 sentyabr 2024 , 13:42
Ölkə çempionatında 15 ay sonra ilk dəfə  məğlub oldu

Ölkə çempionatında 15 ay sonra ilk dəfə məğlub oldu

1 sentyabr 2024 , 10:11
Haaland Premyer Liqada 21-ci əsrin rekordunu  qırdı

Haaland Premyer Liqada 21-ci əsrin rekordunu qırdı

1 sentyabr 2024 , 08:48
La Liqa klubundan 20 milyonluq  transfer

La Liqa klubundan 20 milyonluq transfer

1 sentyabr 2024 , 07:30