50 xallıq hədəf
15 yanvar 2011 19:15 (UTC +04:00)

50 xallıq hədəf

Lent.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Rəşad Abdullayev klubun rəsmi saytına açıqlamasında deyib. Bütün komandalarla oyuna ciddi önəm verdiklərini söyləyən Abdullayev bu mövsüm çempionluq və kuboku hədəflədiklərini bildirib: “Rəhbərliyin qarşımıza qoyduğu hədəf hamıya bəllidir. Ölkə çempionatının və kubokunun qalibi olmaq üçün hər bir görüşə yalnız qələbə qazanmaq üçün çıxırıq”.


Təcrübəli yarımmüdafiəçi Türkiyənin Antalya şəhərində olan “Neftçi”nin hazırlıq prosesi barədə də danışıb. Onun sözlərinə görə, məşqlər intensiv şəkildə davam edir: “Komandamızın hər bir üzvü dərk edir ki, təlim-məşq toplanışında nə qədər çox çalışarsa, çempionat oyunlarında bir o qədər rahat olar. Fiziki hazırlıq üzrə türkiyəli mütəxəssis Mehmet Ak komandamıza qoşulub. Bu, bir növ kollektivə yeni nəfəs gətirib”.


Qeyd edək ki, “Neftçi” qış fasiləsinə 41 xalla 1-ci pillədə çıxıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 636

Oxşar yazılar