2010-cu ildə dünyanın ən yaxşı idmançıları
30 dekabr 2010 14:47 (UTC +04:00)

2010-cu ildə dünyanın ən yaxşı idmançıları

İspaniyalı tennisçi Rafael Nadal və xorvatiyalı atlet Blanka Vlasiç 2010-cu ilin ən yaxşı idmançıları sayılıblar. Lent.az-ın məlumatına görə, bu, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının Yeni İl öncəsi keçirdiyi ənənəvi sorğu nəticəsində müəyyənləşib.

Onlayn-sorğuda 93 ölkədən 515 KİV nümayəndəsi iştirak edib. “Böyük dəbilqə” və “Masters” seriyalı 3 turnirdə 6 dəfə qalib olan Nadal yenidən bu ada layiq görülüb. O, Argentina millisinin və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messini 63 səs qabaqlayıb. 3-cü yeri isə İspaniya yığmasında çıxış edən “Barsa”nın daha bir oyunçusu Andres İnyesta tutub.

Qadınların mübarizəsində birinci olan Vlasiç hündürlüyə tullanma üzrə 20 yarışın 18-də birinci yeri tutub. ABŞ dağ xizəkçisi, 2010-cu il Vankuver Qış Olimpiya Oyunlarının qalibi Lindsi Von ondan 200 səs az yığıb. Üçüncü yeri isə dünya tennis elitasına triumfla qayıdan belçikalı Kim Kleysters tutub.

Kanada hokkeyçilərini və Braziliya voleybolçularını üstələyən İspaniya futbol yığması ilin komandası sayılıb. Cənubi Afrika Respublikasında keçirilmiş 2010-cu il dünya çempionatının media mərkəzi jurnalistlər üçün ən əlverişli iş məkanı seçilib. Orada minlərlə reportyor internetin imkanlarından gen-bol yararlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 566

Oxşar yazılar