Azərbaycanda yeni milli komanda formalaşdırılıb
Lent.az-ın məlumatına görə, əvvəlcə federasiyanın baş katibi Bəhruz Nəbiyev başa çatmaqda olan ili dəyərləndirib.
Atçılıq növünün dövlət səviyyəsində diqqət və qayğı ilə əhatə olunduğunu deyən Nəbiyev bunun sayəsində hər il bu növün daha da inkişafı istiqamətində çalışdıqlarını bildirib. Onun sözlərinə görə, 2010-cu ildə ARAF da atçılığın inkişafına öz töhfəsini verib. 2009-cu ildə 2 beynəlxalq yarış olmuşdusa, 2010-cu ildə daha 2 beynəlxalq yarış keçirilib. Ümumilikdə isə 11 turnir təşkil olunub. Yarışların keyfiyyətində artım olub və dünya standartları səviyyəsinə çatdırılıb.
2009-cu ilin dekabrından etibarən ilk dəfə atçılıq üzrə yığma komandanın formalaşdırılması prosesinə start verilib. Nəbiyev bildirib ki, bu yaxınlarda millimizin 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatında iştirakına icazə alınıb. Bu yarış 9-10 iyul Ahen (Almaniya) şəhərində təşkil olunacaq. Millimizin tərkibinə əvvəlki 3 atçı – Camal Rəhimov, Patrik Mak Enti və Françesko Frankodan əlavə, Hikmət Musayev və Seyid Musayev də daxil edilib. 14 aylıq müddətdə daha çox xal toplayan atçılar London olimpiadasına lisenziya qazanacaqlar. 2011-ci ilin yanvarından 2012-ci ilin martınadək bu proses davam edəcək.
Nəbiyevin sözlərinə görə, atçılıq üzrə mütəxəssisin sayı da artırılıb. Artıq 2 beynəlxalq hakimimiz 2-ci dərəcəli beynəlxalq hakim dərəcəsi alıblar. Bunlar Zaur Əliyev və Bəhruz Nəbiyevdir.
Artıq ARAF Beynəlxalq Atçılıq Federasiyasına 2011-ci ildə Baş Assambleyanın keçirilməsi üçün müraciət edib. Bu tədbiri təşkil etməyə daha 3 namizəd var. Hər şeyə isə yanvarda aydınlıq gələcək.
2009-cu ildə yeni heyət seçildikdən sonra ARAF-ın yeni nizamnaməsi təsdiqlənib. Buna əsasən, cıdır yarışlarının təşkili də bu federasiyaya həvalə olunub. 2010-cu ilin ortalarından isə bu işə start verilib: “Hər yarışda biz təcrübə əldə etdik və işimizi daha irəli apardıq”.
Atçılıq üzrə milli oyunların inkişaf etdirilməsi də inkişaf istiqamətlərindən biri olub. Martda I atçılıq festivalı çərçivəsində çövkən oyunları da təşkil edilib.
Nəbiyev keçirdikləri yarışlara Milli Olimpiya Komitəsi ilə Gənclər və İdman Nazirliyi tərəfindən dəstək verildiyini bildirib.
Yanvarda isə auksionlar təşkil olunacaq. Hərraca müxtəlif bölgələrimizdən 50-dək at çıxarılacaq. Nəbiyev atların qiyməti haqda məlumat verməsə də, onların münasib qiymətə olacağını bildirib.
2011-ci il barədə də danışan Nəbiyev 3 və 4 ulduzlu yarışların keçiriləcəyini də vurğulayıb. 4 ulduzlu yarış gələn ilin mayında təşkil ediləcək. Ümumilikdə, konkur üzrə 10 yerli, 8 beynəlxalq turnir keçiriləcək. 2 ulduzlu ilk beynəlxalq turnir isə 13 – 16 yanvarda Novxanıda təşkil olunacaq. Yarışda Azərbaycan, Gürcüstan, Monqolustan, Rusiya, Bolqarıstan və digər Avropa ölkələrinin iştirakı gözlənilir. Cıdır üzrə ümumilikdə 155 min avro mükafat fonduna malik 13 yarış təşkil olunacaq.
Federasiya rəsmisi totalizatorlarda iştirak etmək haqda düşündüklərini, lakin hələ bu barədə qərar verilmədiyini də vurğulayıb.
Tədbirin sonunda ölkəmizdə atçılığın təbliğinə daha geniş yer verən bir sıra mətbu orqanlar mükafatlandırılıblar. Onların arasında Lent.az da olub.
Elşən MƏMMƏDOV

886