Elxan Məmmədov: “Azərbaycan millisinə əcnəbilər cəlb olunmayacaq”
Legionerləri milliləşdirmək bizim strategiyamıza uyğun deyil. İstəyirik ki, Azərbaycan millisində yerli futbolçular çıxış etsinlər”. Bu fikirləri Lent.az-a açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
E.Məmmədov Azərbaycan millisinə əcnəbi futbolçuların cəlb olunma variantına müsbət yanaşmadıqlarını bildirib: “Unibank Premyer Liqasında çıxış edən futbolçuları biz də izləyirik, seleksiyaçı-məşqçilər də. Təbii ki, müxtəlif seleksiyaçılar yığma komandalarımıza oyunçular təklif edirlər. Amma biz bu prosesə çox yaxın getmirik. Çünki biz gənc komanda formalaşdırırıq”.
Qeyd edək ki, AFFA-nın baş katibi bu açıqlamaları “Qəbələ” klubunun futbolçusu Lyuba Baraninin Azərbaycan yığmasında çıxış etmək üçün milliləşdiriləcəyi haqda xəbərlərə münasibət bildirərkən verib. Hazırda millimizdə çıxış edən əcnəbilərin sayı minimuma endirilib. Yığmamızın oktyabrın 11-də Türkiyə ilə keçirdiyi 2012-ci il Avropa çempionatının seçmə qrup matçında baş məşqçi Berti Foqts cəmi bir əcnəbinin xidmətindən istifadə edib. Ukrayna əsilli Aleksandr Çertoqanov 45+2-ci dəqiqədə zədələnən Rail Məlikovun əvəzinə meydançaya daxil olub.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

Con Duran "Fənərbaxça"da!
6 iyul 2025 , 22:30
Parti həbs təhlükəsi üzündən "Arsenal"ı tərk edir?
6 iyul 2025 , 11:02
“Bavariya”da ağır itki - Futbolçunun ayağı sındı
5 iyul 2025 , 21:39
Klublararası dünya çempionatında ən çox qazanan klublar
5 iyul 2025 , 17:41
Avropanın 5 liqasına futbolçu hazırlayan ən yaxşı akademiyalar
5 iyul 2025 , 16:12
Yenidən futboldan həzz almaq istəyirəm: Poqba ambisiyalarını AÇIQLADI
5 iyul 2025 , 11:54
Boksçu böyük qalmaqalla üzləşdi: oranqutanı elektron siqaret çəkməyə məcbur etdi
5 iyul 2025 , 10:11