Çempionlar Liqası: “Barselona” ikinci heyətlə “Rubin”i yendi
08 dekabr 2010 11:34 (UTC +04:00)

Çempionlar Liqası: “Barselona” ikinci heyətlə “Rubin”i yendi

Lent.az-ın məlumatına görə, ilk oyun günündə Çempionlar Liqasının 1/8 final mərhələsinə 1, Avropa Liqasının 1/16 final mərhələsinə isə 2 vəsiqə sahibini tapıb.

Hələ ötən tur qrup lideri kimi növbəti mərhələyə vəsiqəni təmin etmiş İspaniyanın “Barselona” klubu ikinci heyəti ilə Rusiyanın “Rubin” komandasını yenib. Bununla da paralel keçirilən “Kopenhagen” – “Panatinaikos” matçının nəticəsi əhəmiyyətini itirib. Bununla belə, Danimarka təmsilçisi Yunanıstan komandasını məğlubiyyətə uğradaraq, D qrupundan ikinci vəsiqəyə möhürünü vurub. “Rubin” isə qrup üçüncüsü kimi mübarizəni Avropa Liqasının 1/16 finalında davam etdirəcək. İkiqat Rusiya çempionlarından əlavə, Portuqaliya “Benfika”sı da çıxışını Avroliqada davam etdirəcək.

Türkiyənin yeganə təmsilçisi “Bursaspor” isə qrup sonunculuğu ilə barışsa da, ilk xalını yalnız axırıncı turda qazanıb. Superliqanın qalibi Şotlandiya “Reyncers”i ilə heç-heçə edib.

Beləliklə, “Tottenhem”, “Mançester Yunayted” (hər ikisi İngiltərə), “Valensiya”, “Barselona” (hər ikisi İspaniya), “İnter” (İtaliya), “Şalke 04” (Almaniya), “Lion” (Fransa), “Kopenhagen” (Danimarka) Çempionlar Liqasının 1/8 finalına, “Tvente” (Hollandiya), “Benfika” (Portuqaliya), “Reyncers” (Şotlandiya), “Rubin” (Rusiya) isə Avropa Liqasının 1/16 finalına çıxıblar. “Verder” (Almaniya), “Hapoel” (Təl-Əviv, İsrail), “Bursaspor” (Türkiyə) və “Panatinaikos” (Yunanıstan) isə Avropa kubokları ilə vidalaşıb.

Dekabrın 8-də daha 4 qrupda oynanılacaq VI turun qarşılaşmaları nəticəsində Çempionlar Liqasın 1/8 finalına 3, Avropa Liqasının 1/16 finalına isə 2 vəsiqənin sahibi müəyyənləşəcək. Hələlik “Bavariya” (Almaniya), “Çelsi” (İngiltərə), “Marsel” (Fransa), “Real” (İspaniya), “Milan” (İtaliya) komandalarının Çempionlar Liqasında, “Bazel” (İsveçrə) və “Spartak” (Moskva, Rusiya) klublarının isə Avroliqada mübarizəni davam etdirəcəyi dəqiqdir.

A qrupu

“Tvente” Hollandiya) - “Tottenhem” (İngiltərə) – 3:3

Landzat, 22-penalti ilə. Rosales, 56. Çadli, 64 – Visgerhof, 12-öz qapısına. Cermeyn Defo, 47; 59

“Verder” (Almaniya) – “İnter” (İtaliya) – 3:0
Prödl, 39. Qoran Arnautoviç, 49. Klaudio Pizarro, 88

S

Komandalar

O

Q

H

M

T

X

1.

“Tottenhem”

6

3

2

1

18-11

11

2.

“İnter”

6

3

1

2

12-11

10

3.

“Tvente”

6

1

3

2

9-11

6

4.

“Verder”

6

1

2

3

6-12

5


B qrupu

“Lion” (Fransa) - “Hapoel” (Təl-Əviv, İsrail) – 2:2

Lisandro, 62. Lakazette, 88 – Sahar, 63. Zahavi, 69

“Benfika” (Portuqalya) - “Şalke 04” (Almaniya) – 1:2
Luizao, 87 – Hurado, 19. Hövedes, 81

S

Komandalar

O

Q

H

M

T

X

1.

“Şalke 04”

6

4

1

1

10-3

13

2.

“Lion”

6

3

1

2

11-10

10

3.

“Benfika”

6

2

0

4

7-12

6

4.

“Hapoel”

6

1

2

3

7-10

5


C qrupu

“Bursaspor” (Türkiyə) - “Reyncers” (Şotlandiya) – 1:1

Sərcan Yıldırım, 79 – Miller, 19

“Mançester Yunayted” (İngiltərə) - “Valensiya” (İspaniya) – 1:1
Anderson, 62 – Pablo Ernandes, 32

S

Komandalar

O

Q

H

M

T

X

1.

“Mançester Y”

6

4

2

0

7-1

14

2.

“Valensiya”

6

3

2

1

15-4

11

3.

“Reyncers”

6

1

3

2

3-6

6

4.

“Bursaspor”

6

0

1

5

2-16

1


D qrupu

“Barselona” (İspaniya) - “Rubin” (Rusiya) – 2:0

Fontas, 51. Vaskes, 83

“Kopenhagen” (Danimarka) – “Panatinaikos” (Yunanıstan) – 3:1
Vinqard, 26. Qronkyaer, 50-penalti ilə. Sisse, 73-avtoqol – Kante, 90+2

S

Komandalar

O

Q

H

M

T

X

1.

“Barselona”

6

4

2

0

14-3

14

2.

“Kopenhagen”

6

3

1

2

7-5

10

3.

“Rubin”

6

1

3

2

2-4

6

4.

“Panatinaikos”

6

0

2

4

2-13

2

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564

Oxşar yazılar