Elxan Məmmədov: “Berti Foqts gəlməlidir və işləməlidir”
“Yığmamızın baş məşqçisi Berti Foqtsun vətəni Almaniyadan Azərbaycana hər qayıdışını hadisəyə çevirən, “Foqts gəlir!” deyə təntənə halına salan mətbuatımızdır. Halbuki, bu, Berti Foqtsun işidir. Gəlməlidir və işləməlidir. Bu işi də görür”. Bu fikirləri Lent.az-a açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Onun sözlərinə görə, sonuncu dəfə Çernoqoriya ilə noyabrın 17-də keçirilmiş yoldaşlıq görüşündən sonra Almaniyaya yollanan Foqts 7-8 dekabrda Bakıya qayıdacaq. O, dekabrın sonunadək keçiriləcək oyunları izləyəcək. Daha sonra yenidən Almaniyaya qayıdacaq.
E.Məmmədov bildirib ki, Foqts dekabrın 30-a təsadüf edəcək 64 yaşını və Yeni İli öz vətənində qeyd edəcək: “Avropada Yeni İldən əlavə, 24-25 dekabrda Milad bayramı keçirilir. Ona görə də çox güman ki, Foqts həmin vaxtadək Almaniyaya yollanacaq və ad gününü özünə doğma insanların əhatəsində keçirəcək”.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06
Modriç “Real”da onu əvəz edə biləcək oyunçunu AÇIQLADI
11 iyul 2025 , 18:24
Yamaldan futbol tarixinin ən böyük oyunçusu ilə bağlı QƏTİ QƏRAR
11 iyul 2025 , 15:31
Con Terri futbol izləməyi dayandırıb, darıxdırıcı olduğu üçün
11 iyul 2025 , 12:21
Haaland tətilini sevgilisi ilə İbizada keçirir: yaxtada gəzirlər
11 iyul 2025 , 09:39