Azərbaycan yığmasında yenə braziliyalılar top oynadacaq
20 noyabr 2010 13:22 (UTC +04:00)

Azərbaycan yığmasında yenə braziliyalılar top oynadacaq

Bu haqda Lent.az-a yığmanın əsasını təşkil edən “Araz” klubunun rəsmisi Ruslan Məmmədov məlumat verib.

Onun sözlərinə görə, artıq “Araz”ı tərk etmiş Serjio, Biro Jade, Tyaqo kimi aparıcı futzalçılar legioner həyatı yaşasalar da, millimizin oyunlarında iştirak edəcəklər: “Onların həm özləri, həm də klubları ilə əlaqələrimiz var. Futzalçılarımız deyirlər ki, çağırılacaqları halda yığmaya can-başla qayıdacaqlar. Klubları da onları milliyə buraxmağa etiraz etmirlər. Serjio, Biro Jade və Tyaqo əslən braziliyalı olsalar da, Azərbaycan vətəndaşıdırlar. Ona görə də yenə millimizin üzvləri sayılırlar”.

Qeyd edək ki, məhz Braziliya əsilli futzalçıların sayəsində Azərbaycan yığması 2009-cu il Avropa çempionatında 4-cü yeri tutub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 678

Oxşar yazılar