Sabiq futbolçusu “Bakı”dan FİFA-ya şikayət etdi
27 fevral 2010 10:30 (UTC +04:00)

Sabiq futbolçusu “Bakı”dan FİFA-ya şikayət etdi

“Bakı” klubunun sabiq futbolçusu Aleksandr Tomaş FİFA-ya şikayət edib.


Lent.az-ın “sportline.bg”yə istinadən verdiyi məlumata görə, hazırda Bolqarıstanın “Slaviya” komandasının üzvü sayılan müdafiəçi ikiqat Azərbaycan çempionunu özünə məxsus transfer vərəqini verməməkdə günahlandırıb.


Tomaş “Bakı”dan transfer vərəqini ala bilmədiyi üçün hələ yeni klubunda debüt edə bilməyib. O, ən yaxşı yalnız ikinci dövrədə oynaya biləcək.


Qeyd edək ki, “Bakı” rəhbərliyi Aleksandr Tomaşla müqaviləni 2009-cu ilin sonlarında baş məşqçi Bülənt Korkmazın istəyilə qarşılıqlı anlaşma yolu ilə pozub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 782

Oxşar yazılar