Azərbaycan yığmasında yeni idmançılar
02 fevral 2010 10:00 (UTC +04:00)

Azərbaycan yığmasında yeni idmançılar

Bu gün Azərbaycanın akademik, kayak və kanoe qayıqlarında avarçəkənlərinin Mingəçevir şəhərində təlim-məşq toplantısı başlanıb. Lent.az-ın məlumatına görə, texniki hazırlıq xarakterli toplanışa 25 idmançı qatılıb.

Onlardan 17-si kayak və kanoeçilər, 8-i isə akademik avarçəkənlərdir. Avarçəkənlərimiz arasında bir neçə yeni idmançı da var.

Kayakçılarımız Qulam Səlimov, Vahid Həsənov, Emin Sadıqov, Elvin Cəfərov, Emin Cəfərov, Tamerlan Mustafayev, Rüfət Vəlizadə, Mirnazim Cavadov və Dumitritsa Terenti, eləcə də kanoeçilərimiz Xaqani Alməmmədli və İxtiyar Qasımov baş məşqçi Yohan Tsülke ilə məşqçi Fikrət Zeynalovun rəhbərliyi altında hazırlıq keçəcəklər.

Kanoeçilərimiz Valentin Demyanenko, Sergey Bezuqlıy, Maksim Prokopenko, Andrey Kraytor, Radoslav Kutsev və Adnan Əliyev baş məşqçi Aleksandr Kolıbelnikovun sərəncamında olacaq.

Akademik avarçəkənlərimizin tərkibi isə 8 idmançıdan ibarət olacaq. Milli komandamızın baş məşqçisi Rudiger Hauffe ilə məşqçi Yuliana Stoyevanın rəhbərliyi altında Kamran Yusubov, Aleksandr Qlotov, Sərxan Hüseynov, Əbdürəşid Mustafin, Aleksandr Aleksandrov, Boris İotov, Radoslav Drenovski və Toni Boteva hazırlıq keçəcək.

Qeyd edək ki, bundan öncə akademik, kayak və kanoe qayıqlarında avarçəkənlərimiz Almaniya və Bolqarıstanda təlim-məşq toplantısında olublar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 711

Oxşar yazılar