Dünya çempionatının ilk finalçısı məlum oldu
12 dekabr 2012 17:08 (UTC +04:00)

Dünya çempionatının ilk finalçısı məlum oldu

0
Yaponiyada keçirilən futbol üzrə klublararası dünya çempionatında ilk finalçı müəyyənləşib. Lent.az-ın məlumatına görə, bu, Braziliyanın “Korintians” klubudur.

“Korintians” yarımfinalda Misirin “Əl-Əhli” komandasını yenib – 1:0. Yeganə topu 30-cu dəqiqədə Xose Paolo Gerrero vurub.

İkinci yarımfinal matçında İngiltərənin “Çelsi” klubu Meksika “Monterrey”i ilə üz-üzə gələcək. Oyun dekabrın 13-də baş tutacaq. Final qarşılaşması isə dekabrın 16-da olacaq.

Qeyd edək ki, ötən il klublararası dünya çempionatının qalibi İspaniya “Barselona”sı olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1680

Oxşar yazılar