Salmanovun səhv qərarları, “Rəvan”a baha başa gəldi
11 dekabr 2012 15:02 (UTC +04:00)

Salmanovun səhv qərarları, “Rəvan”a baha başa gəldi

0
AFFA İntizam Komitəsi Bakının “Rəvan” klubunun baş məşqçisi Kemal Alispahiçi cəzalandırıb. Lent.az-ın məlumatına görə, buna bosniyalı mütəxəssisin “Neftçi” ilə Topaz Premyer Liqasının XVI tur matçında baş hakim Anar Salmanovun qərarlarına etiraz etməsi olub.

Salmanov oyunun ilk yarısında flaqmanın qapısına penalti təyin etməyib. O, eyni zamanda görüş ərzində bəzi mübahisəli qərarları ilə də diqqət çəkib. Bunlara dözməyən Alispahiç 76-cı dəqiqədə texniki zona qaydalarını pozmalı olub. Baş məşqçinin etirazlarına cavab olaraq, Salmanov onu meydandan kənarlaşdırıb. İntizam Komitəsi isə Alispahiçi 1 oyunluq cəzalandırıb, “Rəvan”ı 1000 manat cərimələyib. Matçdan sonra keçirilən mətbuat konfransında isə baş məşqçi hakimin idarəçiliyi haqqında qeyri-etik ifadələr işlədib. Bu isə “Rəvan”a daha 2000 manat cərimə bahasına başa gəlib.

Digər cəzalara gəldikdə, “Qəbələ” ilə matçda 4 futbolçusu sarı vərəqə alan “Sumqayıt” 1000 manat cərimələnib. 61-ci dəqiqədə “Qəbələ”nin oyunçusu Aleksandr Çertoqanov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Futbolçu 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb.

“Xəzər Lənkəran” matçda isə “Simurq”ın 5 futbolçusu sarı vərəqə alıb. Zaqatala klubu da 1000 manat ziyana düşüb. 48-ci dəqiqədə “Xəzər Lənkəran”ın müdafiəçisi Ruslan Abışov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alıb. O, 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimələnib. 67-ci dəqiqədə isə “Simurq” azarkeşləri tərəfindən meydançaya kənar əşya atılıb. Bu isə kluba daha 2000 manat cərimə bahasına başa gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1022

Oxşar yazılar