Bakıya 4200 idmançı gələcək
0
0
2015-ci il Avropa Oyunlarında iştirak üçün Azərbaycana 4000-4200 idmançının gəlişi gözlənilir. Lent.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Avropa Olimpiya Komitəsi 7000 idmançı təklif etsə də, Azərbaycan tərəfi buna razı deyil: “London olimpiadasında təşkilatçılar bütün ölkələrin nümayəndə heyətlərinə say məhdudiyyəti qoyurdular. Elə isə biz niyə bunu etməyək?”
Nazirin sözlərinə görə, texniki heyət sayını da ölkəmiz müəyyənləşdirəcək: “Bizə texniki heyətin ümumilikdə 2630 nəfər olmasını təklif edirlər, amma biz bununla da razı deyilik. 910 rəsmi qonaq təklif edirlər. Bununla bağlı da müəyyən təkliflərimiz olacaq. Yəni, ölkəmizə gələcək bütün iştirakçıların sayını biz müəyyənləşdirəcəyik”.
Rəhimov Avropa Oyunlarından sonra da böyük idman tədbirlərinə ev sahibliyi edəcəklərini diqqətə çatdırıb: “2016-cı ildə keçirəcəyimiz Ümumdünya Şahmat Olimpiadasına 170 ölkə qatılacaq. Həmin il 20 yaşadək futbolçular arasında Avropa birinciliyi ölkəmizdə keçiriləcək. 2017-ci ildə İslam Oyunları təşkil edəcəyik. 2019-cu il Universiadasını Bakıda keçirməyi planlaşdırırıq. 2020-ci il Avropa çempionatının oyunlarına paytaxtımızın da namizədliyini verəcəyik”.