“2017-ci il İslam Həmrəylik Oyunları da Azərbaycanda keçirilə bilər”
0
0
“Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçiriləcəyi ilə bağlı qərar Azərbaycan xalqı tərəfindən böyük sevinclə qarşılanıb. Ölkə prezidenti İlham Əliyev də televiziya vasitəsilə xalqımızı təbrik edib və bu qərarın əhəmiyyətindən danışıb”. Lent.az-ın məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə keçirdiyi mətbuat konfransında deyib.
Onun fikrincə, bu oyunlar Azərbaycana bir çox cəhətdən xeyir verəcək. Bunun üçün lazımi infrastruktur yaradılmalıdır: “Oyunları keçirmək üçün istər siyasi, istərsə də qanunvericilik ümumdünya standartlarına uyğunlaşdırılmalı, Bakının nəqliyyat sistemi yenidən qurulmalıdır. Biz, təşkilatçı ölkə kimi bütün növlərdə iştirak etmək hüququna malikik. Olimpiya Oyunları keçirilən şəhərdə həmişə fərq hiss olunur. Digər tərəfdən, 2017-ci il İslam Həmrəylik Oyunları da Azərbaycanda keçirilə bilər. Düzdür, bu barədə hələ rəsmi təsdiq almamışıq. Ümid edirəm ki, İslam Oyunları da Bakıda keçiriləcək. Avropa Oyunlarının təşkili İslam Oyunlarının keçirilməsini asanlaşdıracaq. Çünki mahiyyət etibarilə eyni tədbirlər olacaqlar”.
O, Avropa Olimpiya Komitəsinin İtaliyanın paytaxtı Romada keçirilmiş konqresindəki səsvermədən öncə Ermənistan tərəfinin yenə adəti üzrə davrandığını bildirib. Hüseynzadənin sözlərinə görə, Ermənistan Olimpiya Komitəsi səsvermədən imtina etdi. Nəticədə səsvermədə 49 olimpiya komitəsindən 48-i iştirak etdi. Amma bu, Avropa Oyunlarında Ermənistanın iştirak etməyəcəyi anlamına gəlmir. Özləri qərar verəcəklər, biz də bütün iştirakçıların təhlükəsizliyinə təminat verəcəyik”.
Elşən