Hövsanda ox atacaqlar
04 dekabr 2012 17:37 (UTC +04:00)

Hövsanda ox atacaqlar

0
Dekabrın 6-da Hövsan Olimpiya İdman Kompleksinin örtülü salonunda kamandan oxatma üzrə Federasiya Kuboku keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, turnirin təşkilində əsas məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcək oxatanların aşkar etməkdir.

Nazirlik və Azərbaycan Kamandan Oxatma Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək yarışda ölkəmizin idmançıları ilə yanaşı İran, Gürcüstan və Rusiya oxatanları da mübarizə aparacaqlar.

Dekabrın 7-də saat 10:00-da Hövsan Olimpiya Kompleksində yarışların açılış mərasimi keçiriləcək. Federasiya Kubokuna dekabrın 8-də saat 12:00-da başlanacaq final mərhələsi ilə yekun vurulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1014

Oxşar yazılar