Topaz Premyer Liqasında daha bir yubiley qolu
04 dekabr 2012 12:56 (UTC +04:00)

Topaz Premyer Liqasında daha bir yubiley qolu

0
Futbol üzrə Topaz Premyer Liqasında mövsümün 200-cü qolu vurulub. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, XV turun “Xəzər Lənkəran” – AZAL oyununda baş verib.

Matçın dekabrın 3-də keçirilən ikinci – 36 dəqiqəlik bölümündə vurulan yeganə qol yubiley xarakteri daşıyıb. Zohair Benouahinin AZAL-a 2:1 hesablı qələbə qazandıran qolu cari çempionatda 200-cü olub. Bu qədər qol 86 matçda qeydə alınıb. Mövsümün orta məhsuldarlığı 2,33-ə bərabərdir.

200 qoldan ən çoxu – 26-sı “Neftçi”nin, ən azı - 9-u “Kəpəz”in hesabındadır. 200 qoldan ən çox – 29-nu “Kəpəz”, ən az – 6-nı “İnter” buraxıb. 200 qolun 120-ni meydan sahibləri, 80-ni qonaqlar vurub.

Qeyd edək ki, 2012/2013-cü il mövsümünün ilk qolunu “Kəpəz”də oynadığı vaxt İrakli Beraya, 100-cü qolunu “İnter”li Nizami Hacıyev vurub. XIV turda “Bakı”nın futbolçusu Elvin Məmmədov “Neftçi” ilə görüşdə Azərbaycan çempionatları tarixində 10000-ci qolun müəllifi olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 691

Oxşar yazılar