Azərbaycanın idman mediası tarixində ilk təyinat
04 dekabr 2012 12:12 (UTC +04:00)

Azərbaycanın idman mediası tarixində ilk təyinat

0
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu Çempionlar Liqasında Ukraynanın “Şaxtyor” və İtaliyanın “Yuventus” komandaları arasında keçiriləcək oyun zamanı təşkilat komitəsinin tərkibində çalışacaq. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 5-də Ukraynanın Donetsk şəhərindəki “Donbass Arena”da keçiriləcək matça təyinat UEFA-nın dəvəti ilə baş tutub.

Ukraynaya səfərə gedən Nərimanoğlu UEFA-nın media nümayəndəsinin assistenti kimi çalışacaq. O, media işləri ilə bağlı təşkilati məsələləri izləyəcək və bununla əlaqədar münasibətini bildirəcək.

Qeyd edək ki, bu təyinat ölkəmizin idman mediası tarixində ilk hadisədir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2422

Oxşar yazılar