İrəvanda Azərbaycan bayrağının yüksəlməsinə az qaldı!
03 dekabr 2012 17:42 (UTC +04:00)

İrəvanda Azərbaycan bayrağının yüksəlməsinə az qaldı!

0
Ermənistanın paytaxtı İrəvanda keçirilən gənclər arasında dünya çempionatında Azərbaycanın 2 boksçusu ¼ finala yüksəlib. Lent.az-ın məlumatına görə, bunlar Pərviz Bağırovla Orxan Mayıllıdır.

64 kq çəki dərəcəsində yer alan Bağırov 1/8 finalda almaniyalı Marsela Rene Orsingerə aman verməyib – 20:3 (7:1, 7:1, 6:1). O, növbəti mərhələdə litvalı Eymantas Stanionislə qarşılaşacaq. Döyüş dekabrın 4-də Bakı vaxtı ilə saat 15:15-də başlanacaq.

75 kq çəkidəki təmsilçimiz Mayıllı isə venesuelalı Nalek Korbaj Barreradan üstün olub – 16:8 (5:3, 5:3, 6:2). Onun ¼ finaldakı rəqibi qazaxıstanlı Daulet Bayqabatov olacaq. Qarşılaşma dekabrın 4-də saat 15:30-da başlanacaq.

1/8 finaldakı digər boksçularımıza gəldikdə, Tural Əhmədov (52 kq) saat 19:45-də hindistanlı Dirajla, Rahil Məmmədli (91 kq) isə dekabrın 4-də ingiltərəli Daniel Uilyamsla görüşəcək.

Qeyd edək ki, ¼ final görüşlərini də qələbə ilə başa vuracaq boksçular ən azı bürünc medalı təmin edəcəklər. Bu isə İrəvanda Azərbaycan bayrağını ucaltmağa bir addımın qalması deməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2619

Oxşar yazılar