Ballodan mövsümün ilk “het-trik”i - FOTO
0
0
“Turan”ın malili futbolçusu Salif Ballo Topaz Premyer Liqasının tarixinə düşüb. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, afrikalı hücumçu XV turun “Kəpəz”lə oyununda 3 qol vurmaqla “het-trik” müəllifi olub.
Bu, mövsümün ilk belə göstəricisidir. Arxada qalan 14 turda 2 “poker” qeydə alınsa da, 3 qol vuran olmayıb. Ballo həm də Topaz Premyer Liqası tarixində ilk “het-trik” müəllifi olub. Ölkə çempionatlarında son “het-trik” ötən mövsüm aprelin 14-də “Bakı” – “Xəzər Lənkəran” görüşündə baş verib. Həmin vaxt Unibank Premyer Liqası adlanan ölkə çempionatında Deyvidas Çesnauskis qonaqların qapısına 3 qol vurub.
Legionerlərin 29-cu “het-trik”i
Ballonun son turdakı “het-trik”i milliləşən futbolçular da nəzərə alınmaqla legionerlərin Azərbaycan çempionatlarındakı 29-cu nailiyyəti olub. Arxada qalan 20 yarışda əcnəbilər 28 dəfə 1 oyunda 3 qol vurub.
Azərbaycan çempionatlarında legionerlərin “het-trik”ləri:
1997/98 Badri Kvaratsxeliya (“Kəpəz”) - 2 dəfə
1999/2000 Badri Kvaratsxeliya (“Şəmkir”)
2000/01 Leonid Kalfa (“Neftçi”)
2003/04 Arçil Soxadze (“Xəzər Universiteti”)
2004/05 Eskot Essanq (“Şəmkir”), Oqtay Dərəlioğlu (“Xəzər Lənkəran”), Şalva Mumuladze (“Şahdağ”)
2005/06 Junivan Suares (“Turan”) - 2 dəfə, Tomislav Mişura (“Neftçi”), Əhməd Ticani (“Şahdağ”), Yakuba Bamba (“Karvan”)
2006/07 Vladimir Mazyar (“Simurq”)
2007/08 Branimir Subaşiç (“Neftçi”), Əhməd Ticani (“Bakı”), Anatoli Doroş (“Standard”)
2008/09 Fərzad Hatəmi (“Qəbələ”), Leandro Qomeş (“Olimpik”), Viktor İqbekoyi (“Turan”), Valter Quqlemon (“İnter”)
2009/10 Girts Karlson (“İnter”), Anatoli Doroş (“Olimpik-Şüvəlan”), Robertas Poşkus (“İnter”)
2010/11 Bahodir Nasimov (“Neftçi”), Georgi Adamiya (“Qarabağ”)
2011/12 Bahodir Nasimov (“Neftçi”), Deyvidas Çesnauskis (“Bakı”)
2012/13 Salif Ballo (“Turan”)
Ballo çempionatlarımızda “het-trik” edən 23-cü legionerdir. Ona qədər 28 “het-trik”i 22 futbolçu gerçəkləşdirib:
Badri Kvaratsxeliya – 3 dəfə
Əhməd Ticani, Junivan Suares, Anatoli Doroş, Bahodir Nasimov – hərəyə 2 dəfə
Leonid Kalfa, Arçil Soxadze, Eskot Essanq, Oqtay Dərəlioğlu, Şalva Mumuladze, Tomislav Mişura, Yakuba Bamba, Vladimir Mazyar, Branimir Subaşiç, Fərzad Hatəmi, Leandro Qomeş, Viktor İqbekoyi, Valter Quqlemon, Girts Karlson, Robertas Poşkus Georgi Adamiya, Deyvudas Çesnauskis, Salif Ballo – hərəyə 1 dəfə.
Digər tərəfdən, Ballo Junivan Suares və Viktor İqbekoyidən sonra 3-cü legionerdir ki, “Turan”ın heyətində “het-trik” edir. Həmin 2 əcnəbi üst-üstə 3 dəfə 1 oyunda 3 qol vurub. Ballo Tovuz təmsilçisinin 4-cü belə “het-trik”ini rəsmiləşdirib. İndiyədək heç bir malili futbolçu Premyer Liqada 1 oyuna 3 qol vurmayıb. Mali bu sıralamada sayca 17-ci ölkə olub.
Legionerlərinin ölkələr üzrə het-trikləri:
Gürcüstan – 6
Nigeriya, Braziliya - hərəsi 3
Moldova, Ukrayna Litva, Özbəkistan - hərəsi 2
Seneqal, Serbiya, İran, Türkiyə, Sloveniya, Fil Dişi Sahili, Latviya, Uruqvay, Mali – hərəyə 1.