“Neftçi” uduzur, vitse-kapitanı isə gözəllərlə birgə
03 dekabr 2012 15:28 (UTC +04:00)

“Neftçi” uduzur, vitse-kapitanı isə gözəllərlə birgə

0
Topaz Premyer Liqasının XI turunda dünən “Neftçi” – “Qarabağ” matçından sonra maraqlı an yaşanıb. Lent.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, “ağ-qaralar”ın futbolçuları məğlubiyyətə baxmayaraq, öz keflərindən qalmayıblar.

Belə ki, paytaxt təmsilçisinin təcrübəli müdafiəçisi Mahir Şükürov stadiondan ayrılarkən, 2 gözəl qızla görünüb. Futbolçu arenanı onların əhatəsində tərk edib.

Qeyd edək ki, “Neftçi” dünən “Qarabağ”a 0:1 hesabı ilə uduzub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1531

Oxşar yazılar