“Anji” Fernando Torresi də alır
0
0
Rusiyanın “Anji” klubu yeni super transferi etmək ərəfəsindədir. Lent.az-ın İngiltərənin “Mirror” nəşrinə istinadən verdiyi məlumata görə, dünya və Avropa çempionu Fernando Torres qış transfer dövründə Mahaçqala komandasına düşərgəsinə keçə bilər.
Məlumata görə, tərəflər qışda anlaşa bilməsələr, müqavilənin gələn yay imzalanması mümkündür. Bu keçidin baş tutma ehtimalı ilk baxışdan göründüyü kimi heç də az deyil. “Anji” ispaniyalı hücumçunu almaq istəyən azsaylı klublardandır. Torresi 80 milyon dollara alan “Çelsi”nin indi onu bu qədər məbləğə satması qeyri-mümkündür. Çətin ki, London klubu onu qəpik-quruşa da buraxsın. Lakin “Anji” isə istənilən məbləği ödəməyə hazırdır.
Digər tərəfdən, “Anji”nin hazırkı baş məşqçisi Qus Hiddinklə “Çelsi”nin sahibi Roman Abramoviç arasında yaxşı münasibətlər var ki, bu da anlaşma ehtimalını artırır. Amma Hiddinkin yayda karyerasını bitirəcəyi barədə açıqlaması onun Abramoviçlə tanışlığını həlledici amil saymağa əsas vermir.
Torres “Anji”də yüksək əmək haqqı alacaq. Hazırda 28 yaşında olan futbolçunun yüksək səviyyədə oynaması üçün bir neçə ili qalıb. Əgər onu əla tanıyan baş məşqçi Rafael Benitesin rəhbərliyi altında da uğurla çıxış edə bilməsə, “Çelsi” ispaniyalı forvardla yollarını ayıracaq.
Qeyd edək ki, Fernando Torreslə İspaniyanın bir neçə klubu, o cümlədən “Çelsi”dən öncə “Liverpul”a keçənədək çıxış etdiyi “Atletiko” da maraqlanır.