AFFA-nın bir komitəsi digərinin qərarını dəyişdirdi
01 dekabr 2012 11:16 (UTC +04:00)

AFFA-nın bir komitəsi digərinin qərarını dəyişdirdi

AFFA-nın Apellyasiya və Ekspert Komitəsi İntizam Komitəsinin daha 2 qərarını dəyişdirib. Lent.az-ın məlumatına görə, bu dəfə “Kəpəz” klubunun baş məşqçisi Mahmud Qurbanov və “Qəbələ”nin futbolçusu Rəşad Abdullayevin cəzası yüngülləşdirilib.

Qurbanov 5 oyunluq cəzasının 2-sini texniki zonadan, Abdullayev isə 2 matçlıq diskvalifikasiyasının 1 görüşünü meydandan kənarda keçirəcək. Baş məşqçi daha 3 oyunluq, futbolçu isə daha 1 matçlıq cəzadan 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunublar. Bu müddət ərzində onlar analoji hərəkətlərə yol verəcəkləri təqdirdə, intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq.

Qeyd edək ki, Mahmud Qurbanov Topaz Premyer Liqasının XIV turunda “Xəzər Lənkəran”la görüş zamanı hakimləri təhqir edib. Rəşad Abdullayev isə həmin tur “Rəvan”la matçda kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb.
# 983

Oxşar yazılar

Avropa çempionu müharibədə həlak oldu

Avropa çempionu müharibədə həlak oldu

6 may 2024 , 18:19
Devid Moyesin “Vest Hem”dəki  əvəzedicisi   o olacaq 

Devid Moyesin “Vest Hem”dəki əvəzedicisi o olacaq 

6 may 2024 , 17:24
"Barselona"nın  keçmişq baş məşqçisi   vəfat edib

"Barselona"nın keçmişq baş məşqçisi vəfat edib

6 may 2024 , 15:12
 “Bayer” “Benfika”nın  rekordunu təkrarladı

 “Bayer” “Benfika”nın rekordunu təkrarladı

6 may 2024 , 13:44
Ronaldonun 2016-cı ildən bəri  ən məhsuldar  mövsümü

Ronaldonun 2016-cı ildən bəri ən məhsuldar mövsümü

6 may 2024 , 12:09
Futbolçu başına top dəydikdən sonra  huşunu itirdi

Futbolçu başına top dəydikdən sonra huşunu itirdi

6 may 2024 , 09:57
Ronaldo son 8 ilin ən məhsuldar mövsümünü keçirir

Ronaldo son 8 ilin ən məhsuldar mövsümünü keçirir

6 may 2024 , 09:46
"Qalatasaray" 6 qolla qalib gəldi

"Qalatasaray" 6 qolla qalib gəldi

6 may 2024 , 01:50