Azərbaycan idmançısı erməniyə uduzdu
Ermənistanın paytaxtı İrəvanda boks üzrə gənclər arasında dünya birinciliyi start götürüb. Lent.az-ın məlumatına görə, yarışın ilk günündə boksçularımızdan Nəsrəddin Məmmədov (56 kq) rinqə çıxıb.
Milli komandamızın üzvü erməni rəqibi Taron Soghomonyana uduzaraq, mübarizəni dayandırıb. İlk raundda rəqib boksçu 7:5 hesabı ilə qalib gəlib. İkinci hissə 5:5 hesabı ilə yekunlaşıb. Həlledici 3-cü raundda 2:6 hesabı ilə uduzan boksçumuz döyüşdən məğlub ayrılıb – 12:18.
Noyabrın 30-da 3 boksçumuz rinqə çıxacaq. 52 kq çəki dərəcəsində mübarizə aparan Tural Əhmədovun 1/32 finaldakı rəqibi norveçlı Hadi Srour olacaq. Görüş axşam seansına nəzərdə tutulub. Gənclər arasında Avropa çempionu Rauf Rəhimov da (81 kq) ilk döyüşünü noyabrın 30-da keçirəcək. Boksçumuz gürcüstanlı Aleksandr Dokvadzeni məğlub etməyə çalışacaq. Həmin döyüş də saat 19:00-da başlayacaq axşam proqramında olacaq. Rahil Məmmədli (91 kq) isə noyabrın 30-da günorta proqramında debüt edəcək. Millimizin üzvü Puerto Riko nümayəndəsi Sahret Delgadonu sınağa çəkəcək.

Oxşar yazılar

Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06
Modriç “Real”da onu əvəz edə biləcək oyunçunu AÇIQLADI
11 iyul 2025 , 18:24
Yamaldan futbol tarixinin ən böyük oyunçusu ilə bağlı QƏTİ QƏRAR
11 iyul 2025 , 15:31
Con Terri futbol izləməyi dayandırıb, darıxdırıcı olduğu üçün
11 iyul 2025 , 12:21
Haaland tətilini sevgilisi ilə İbizada keçirir: yaxtada gəzirlər
11 iyul 2025 , 09:39